Somalidə ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb

Somalidə ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb
# 08 iyun 2018 23:37 (UTC +04:00)

Somalidə "Əş-Şabab" terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı ABŞ hərbçisi həlak olub, daha 4-ü yaralanıb.

APA-nın məlumatına görə, bu barədə BBC xəbər verib.

Məlumata əsasən, insident ölkənin cənub-qərb hissəsində qeydə alınıb. Hərbçilər odlu silah və minaatanlardan atəşə tutulub.

ABŞ-ın Somalidəki 500 nəfərlik hərbi kontingenti yerli birləşmələrin hazırlanması ilə yanaşı “Əş-Şəbab” terror qruplaşmasına qarşı əməliyyatlar aparır.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR