İqtisadiyyat Nazirliyi bu ilin II yarımilliyi üzrə prioritet icra intizamı planını təsdiqləyib

İqtisadiyyat Nazirliyi bu ilin II yarımilliyi üzrə prioritet icra intizamı planını təsdiqləyib
# 14 iyun 2018 15:31 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin 2018-ci ilin II yarımilliyi üzrə prioritet icra intizamı planı təsdiq edilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən, dövlət başçısının fərman və sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin, həmçinin Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində müəyyən olunmuş aidiyyəti tapşırıqlar Nazirliyin müvafiq strukturlarının bu ilin ikinci yarımilliyi üçün iş planlarında da öz əksini tapıb və tapşırıqların icrası online rejimində nəzarətdə saxlanılacaq.

Verilmiş tapşırıqların yerinə yetirilməsi və icrasına nəzarət istiqamətində müasir metod və üsulların tətbiqi işləri davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR