DÇ-2018: Belçika 1/4 finala yüksəlib

DÇ-2018: Belçika 1/4 finala yüksəlib
# 02 iyul 2018 21:55 (UTC +04:00)

DÇ-2018-də 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

APA-nın məlumatına görə, Belçika yığması Yaponiya ilə qarşılaşıb.

Matç avropalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Belçika yığması “DÇ-2018”in ¼ final mərhələsinə yüksəlib, onun rəqibi Braziliya yığması olacaq. Oyun iyulun 6-da, Kazanda baş tutacaq.

DÇ-2018

1/8 final

2 iyul

Belçika – Yaponiya - 3:2

Qollar: Yan Vertongen, 70, Maruan Fellaini, 74, Naser Şadli, 90+4; Genki Haraquçi, 48, Takaşı İnui, 52

Rostov, “Rostov Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR