“Qəbələ” – “Proqres” matçının hakimləri açıqlanıb

“Qəbələ” – “Proqres” matçının hakimləri açıqlanıb
# 03 iyul 2018 10:01 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) matçının hakimləri açıqlanıb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də baş tutacaq oyunu Moldovadan olan hakimlər idarə edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Vyaçeslav Banari, onun yardımçıları isə Vasili Ermişin və Dimitri Çiobanudu. Matçın dördüncü hakimi Andrey Kojakaru olacaq. Qarşılaşmada İqor Pristovnik (Xorvatiya) hakim-inspektor, Nikoloz Jgarkava (Gürcüstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Qəbələ” – “Proqres” oyunu saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR