Ağstafada Musiqi və İncəsənət Mərkəzinin təməlqoyma mərasimi keçirilib - FOTO

Ağstafada Musiqi və İncəsənət Mərkəzinin təməlqoyma mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 13 noyabr 2014 18:40 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin təməli qoyulub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. O qeyd edib ki, son dövrlərdə rayonunda geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılıb, Ağstafa şəhərində bir sıra yeni sosial obyektlər, yaşayış binaları tikilmiş, şəhərin prospekt və küçələrində yenidənqurma və abadlıq işləri aparılmışdır. İcra başçısı həmin tikintilərlə yanaşı olaraq rayonun mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi də diqqət mərkəzində saxlanıldığını bildirib. Qəzalı və yararsız binada yerləşən Ağstafa şəhər Musiqi məktəbinin yeni binaya köçürülməsinin illərlə qarşıda duran əsas məsələlərdən biri olduğunu qeyd edən Məhərrəm Quliyev ölkə rəhbərinin 30 iyun, 2014-cü il tarixli Sərəncamı ilə yeni Musiqi və İncəsənət Mərkəzinin tikilməsi üçün vəsaitin ayrılması bu problemi həll edib.

Təməlqoyma mərasimində bildirilib ki, yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, ərazidə geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması da nəzərdə tutulur. Yeni musiqi və incəsənət mərkəzinin binasında fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları olacaqdır. Binada inzibati otaqlar, yeməkxana, akt zalı və qrim otaqlarının olması da nəzərdə tutulur. Binada müasir avadanlıqlarla təmin olunmuş və akustika şərtlərinə cavab verən konsert zalı da olacaqdır.

Layihənin memarı Cahid Həsənov və tikintini aparan “Ağstafa Sutikinti” ASC-nin sədri Vaqif Abdullayev yeni mədəniyyət ocağının tikintisi ilə bağlı bütün ağstafalıları təbrik etdilər.

Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Musiqi və İncəsənət Mərkəzinin təməli qoyulub.

Ud formasında olacaq Musiqi və incəsənət mərkəsinin gələn ilin mayında istifadəyə verilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR