Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Azərbaycanda neft məhsullarının istehsalı azalıb
# 18 avqust 2014 07:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 1 486,9 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yeddi ayı ərzində ölkədə 683 min ton avtomobil benzini istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,2% azdır. Nəticədə bu ilin avqustun 1-nə 66,7 min ton məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə 1 333,5 min ton dizel yanacağı istehsal olunub ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 9,8% azdır. Nəticədə bu ilin avqustun 1-nə 93 min ton məhsul ehtiyatı yaranıb. Bu il Azərbaycanda ağ neftin istehsalında da 7,9% azalma var. Belə ki, bu ilin yanvar-iyul aylarında 387,3 min ton ağ neft istehsal olunub ki, bu ilin avqustun 1-nə 42,5 min ton hazır məhsul ehtiyatı yaranıb.


Bu ilin 7 ayında ölkədə neft bitumunun istehsalında da azalma var. Bu il ərzində Azərbaycanda 149,6 min ton neft bitumu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% azdır. Nəticədə avqustun 1-i vəziyyətinə 13,3 min ton hazır məhsul ehtiyatı yaranıb. Sürtgü yağlarının istehsalı isə ötən illə müqayisədə eyni qalıb. Belə ki, bu ilin yanvar-iyul aylarında 26,9 min tn sürtgü yağları istehsal olunub ki, nəticədə avqustun 1-i vəziyyətinə 11,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yeddi ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, bu il ərzində 101,5 min neft adıçəkilən məhsuldan istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% çoxdur. Nəticədə avqustun 1-i vəziyyətinə 7,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR