Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub
# 15 oktyabr 2014 09:30 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Rusiya və Ukrayna liderləri arasında telefon danışığı olub.

APA-nın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, Petro Poroşenko və Vladimir Putin Donbassda atəşkəs rejimi və Minsk razılaşmasına ciddi əməl etməyin zəruriliyini vurğulayıblar.

Tərəflər həmçinin oktyabrın 16-17-də Milanda keçiriləcək Avropa - Asiya sammiti çərçivəsində keçiriləcək görüşün formatını və gündəliyini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR