Heyvanlar arasında yayılan xəstəliyin digər rayonlara keçməsinin qarşısı alınıb

Heyvanlar arasında yayılan xəstəliyin digər rayonlara keçməsinin qarşısı alınıb
# 31 iyul 2014 09:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Heyvanlar arasında yayılan “Nodulyar dermatit” xəstəliyi ilə bağlı simptomatik müalicələr davam etdirilir.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova deyib.

DBX rəisi bildirib ki, sözügedən xəstəliyin yayıldığı rayonların sayında artım yoxdur, görülən tədbirlər nəticəsində xəstəlik digər rayonlara keçməyib: “Xəstəliyin yayılmasının qarşısının alınmasına mal bazarlarının bağlanmasının da böyük köməyi oldu”.

S. Rüstəmova əlavə edib ki, ötən günə olan məlumata görə hazırda 80 baş heyvan müalicədədir: “Profilaktik müalicə tədbirləri gedir ki, heyvanların dəri nahiyələrindəki yaralar tam sağalsın. Heyvanların dərisi tam sağaldıqdan sonra müalicə dayandırılır”.

Qeyd edək ki, bir müddət əvvəl iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus xəstəliyinin kliniki əlamətləri Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında qeydə alınıb.

Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR