Şəkidə baş verən yol qəzasında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb - VİDEO

Şəkidə baş verən yol qəzasında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb  - <span style="color: red;">VİDEO
# 08 iyul 2014 14:25 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumata görə, 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası Şəki-Qax yolunun 20-ci kilometrliyində, rayonun Baş Layskı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Şəki rayonu Cunut kənd sakini, 1985-ci il təvəllüdlü Xəyal Ağası oğlu Əbdurəhmanovun idarə etdiyi “VAZ-2107” markalı, 22 BA 819 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu Aşağı Laysğı kənd sakini, 1984-cü il təvəllüdlü Ruslan Mixayıl oğlu Yusifovun idarə etdiyi “VAZ-2106” markalı, 10 XK 534 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub.


Baş vermiş ağır qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü Ruslan Yusifov və onun sərnişinləri - Şəki rayonu Aşağı Laysğı kənd sakinləri - 1983-cü il təvəllüdlü Abdurəhmanov Sadiq Akif oğlu, 1981-cü il təvəllüdlü Məmmədhəsənov Səxavət Əli oğlu, həmçinin “VAZ-2107”-nin sürücüsü Xəyal Əbdurəhmanov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçiniblər. “VAZ-2107”- nin sərnişini Şəki rayonu Cunut kənd sakini, 1967-ci il təvəllüdlü Bayramov Bəhram Bayram oğlu isə xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX ) yerləşdirilib.


Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR