Lənkəranda avtomobil yanıb

Lənkəranda avtomobil yanıb
# 03 may 2024 09:45 (UTC +04:00)

Lənkəranda avtomobil yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Lənkəran rayonunun Darquba kəndi ərazisində baş verib. Astara rayon sakini 1997 - ci il təvəllüdlü Aslan Mürsəl oğlu Rzazadə idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yolda olan inəyi vurub.

Zərbənin təsirindən maşın yanıb. Ətrafdakıların köməyi ilə maşında olanlar çıxarılıb. Əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlara yardım göstərilib və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Görülən tədbirlərə baxmayaraq nəqliyyat vasitəsi tam yanıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR