İsveçrə prezidenti “Caspian Energy” jurnalını 15 illik yubileyi münasibətilə təbrik edib

İsveçrə prezidenti “Caspian Energy” jurnalını 15 illik yubileyi münasibətilə təbrik edib
# 11 iyul 2014 08:42 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə “Caspian Energy İnternational Media Group”un oxucularını və redaksiya heyətini təbrik edib.

APA-Economics”in xəbərinə görə, Didye Burkhalter “Əsrin müqaviləsi”nin müasir Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

“20 il bundan əvvəl dünyanın enerji sektorunun mühüm oyunçuları ilə imzalanmış neft sazişi öz iqtisadi müstəqilliyini gücləndirməkdə və dünya iqtisadiyyatına dinamik inteqrasiya etməkdə Azərbaycana köməklik etdi, Azərbaycan tez bir zamanda regionun mühüm enerji mərkəzinə və Avropanın əsas tədarükçüsünə çevrildi” - deyə İsveçrə prezidenti əlavə edib.

“Fürsətdən istifadə edib, Azərbaycan xalqını “Əsrin müqaviləsi”nin 20 illik yubileyi münasibətilə təbrik etmək, ona sülh və tərəqqi arzulamaq istərdim! Mən həmçinin 15 il ərzində bu uğur salnaməsini işıqlandıran Caspian Energy jurnalını da təbrik edirəm” - D.Burkhalter belə deyib.

Qeyd edək ki, İsveçrə prezidenti D.Burkhalterin eksklüziv müsahibəsi “Caspian Energy” jurnalının 86-cı sayında (aprel-may 2014-cü il) dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR