Almaniya səfiri Birinci Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olmaq üçün Mingəçevirə səfər edib - FOTO

Almaniya səfiri Birinci Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olmaq üçün Mingəçevirə səfər edib - <span style="color: red;">FOTO
# 04 mart 2015 12:04 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel martın 4-də Mingəçevirə səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, səfir Haydrun Tempeli şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul edib. Görüş zamanı qonağa şəhərin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib.

Səfirə bildirilib ki, hazırda Mingəçevir şəhəri Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlaşır. Şəhərin bu mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi üçün mühüm işlər görülür. Görüşdə tərəflər arasında bir sıra sahələrdə fikir mübadiləsi aparılıb.

Sonra səfir Haydrun Tempel “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, idmançıların və qonaqların yerləşəcəyi şəhərciyə, mərkəzi şəhər xəstəxanasına səfər edərək orada yaradılan şəraitlə tanış olub. O, şəhərin görməli yerləri, “Sahil” parkı ilə tanış olub, mənzərəli guşələrində xatirə şəkilləri çəkdirib. Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan səfir Haydrun Tempel Mingəçevirə gəlişinin tanışlıq məqsədi daşıdığını qeyd edib. Mingəçevirin geniş potensial imkanlara malik olması barədə çox eşitdiyini və bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran qonaq görülən işləri yüksək qiymətləndirib.

Səfir Mingəçevirdə çox böyük layihələrin həyata keçirilməsinin şahidi olduğunu qeyd edib. O, görülən işləri yüksək qiymətləndirərək yayda mütləq Mingəçevirə gələrək avarçəkmə yarışlarını izləyəcəyini və istirahət edəcəyini deyib. “Doğurdan da Mingəçevirin çox gözəl turizm potensialı var. Mən burada çox mehribanlıqla qarşılandım. Mingəçevir mənə çox gözəl təəssürat bağışladı. Əsaslı təmirdən sonra bu günlərdə istifadəyə verilən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında yaradılan yüksək şərait məni heyran etdi. Mingəçevir müasir Avropa şəhərlərinə oxşayır. Şəhərdə Birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR