QHT sədrləri Edillidə azərbaycanlı əsirlərin kütləvi məzarlığına baxıb

QHT sədrləri Edillidə azərbaycanlı əsirlərin kütləvi məzarlığında

© APA | QHT sədrləri Edillidə azərbaycanlı əsirlərin kütləvi məzarlığında

# 26 fevral 2022 12:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup QHT sədri bir zamanlar işğal altında olmuş Xocavəndin Edilli kəndinə səfər edib.

APA xəbər verir ki, Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib.

Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb.

Vətəndaş cəmiyyətinin üzvləri törədilən bu cinayət əməllərinin və vəhşiliyin izləri ilə tanış olublar.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsindən indiyədək 4000 azərbaycanlı itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR