Şəkidə şəhər icra başçısının müavini vəfat edib

Şəkidə şəhər icra başçısının müavini vəfat edib
# 09 may 2024 12:08 (UTC +04:00)

Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bu gün səhər saatlarında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, 64 yaşlı xanım müavin son illər onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zərinə Ələkbər qızı Cavadova 1960-cı ildə Şəkidə anadan olub. Tanınmış pedaqoq, tarix elmləri namizədi olan Zərinə Cavadova 2006-cı ildən Şəki şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR