Anadan olmasının 80-ci ildönümü ilə bağlı xalq artisti Səyavuş Aslanın məzarı ziyarət edilib

Anadan olmasının 80-ci ildönümü ilə bağlı xalq artisti Səyavuş Aslanın məzarı ziyarət edilib
# 05 sentyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Akademik Milli Dram Teatrının kollektivi tanınmış teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın anadan olmasının 80-ci ildönümü münasibətilə Fəxri xiyabanda olub.

Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, sənət dostları görkəmli aktyorun məzarını ziyarət edib, əklil qoyub.

Teatrın bədii rəhbəri Azər Paşa Nemət çıxış edərək, Səyavuş Aslanın yaradıcılığı haqqında danışıb, aktyorun Azərbaycan teatr və kino sənətində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Kollektiv daha sonra xalq artistləri Yaşar Nurinin, Adil İsgəndərov və Tofiq Kazımovun da məzarını ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR