Azərbaycanlı zəvvarların Həccdən qayıdış tarixləri açıqlanıb

Azərbaycanlı zəvvarların Həccdən qayıdış tarixləri açıqlanıb
# 17 sentyabr 2015 08:52 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 29-dan etibarən azərbaycanlı zəvvarları təyyarə ilə vətənə qayıdacaq. İlk reys VİP zəvvarları gətirən təyyarəyə aid olacaq. Qayıdış uçuşları 4 gün davam edəcək.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc səfərləri sentyabrın 11-dən başlayıb və 15-də başa çatıb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və bütün yerlər dolub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR