Bakıda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Bakıda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb
# 15 avqust 2016 10:22 (UTC +04:00)


Bakı - APA. Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Elxan Qasımov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oxşar hadisə Qaradağ rayonunda da baş verib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində qəsəbə sakini Vüsal Məmmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR