Vasiliy Xamaza: "Nikoyl Bank" - güvənilən bankdır"

Vasiliy Xamaza: "Nikoyl Bank" - güvənilən bankdır"
# 17 noyabr 2015 08:03 (UTC +04:00)

Bakı - APA-Economics. "Nikoyl Bank"ın İdarə Heyətinin sədri Vasiliy Xamazanın müsahibəsi

- Vasiliy Viktoroviç, bilirik ki, bu ay sizin Azərbaycanda "Nikoyl Bank"a rəhbərlik etməyinizin 10 ili tamam olur. Deyə bilərsinizmi, bu illər sizin və bank üçün necə olub, bu illər ərzində nələr dəyişib? "Nikoyl Bank"ın keçən il 20 illik yubileyini qeyd etdiniz, belə bir gənc bank sistemi üçün bu müddət əhəmiyyətlidir. Siz, bankın bazarda yerini və brendin özünü necə qiymətləndirirsiniz?

- Həqiqətən, bank bu illər ərzində böyük yol qət edib. Mən banka gələndə bankın valyuta balansı cəmi 18 mln. manat təşkil edirdi, işçi heyəti isə 50 nəfərdən bir az çox idi. Kabinetimdə döşəmədə dayananda tavana əlim çatırdı. Bu gün isə bank peşəkar hazırlanmış 700-dən artıq əməkdaşdan ibarət komandadan, 2013-cü ildə səhmdarlarımız tərəfindən açılışı baş tutan müasir Mərkəzi Ofisdən, VİP müştərilər üçün PRİVATE|Bank şöbəsindən və Bakıda və Azərbaycanda yerləşən 21 filialdan ibarətdir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Bankları arasında əsas göstəricilərə görə ilk 15-liyə daxil oluruq.

Əsas rəqabət üstünlüyümüz bizim dəyərlərimizdir. Biz dürüst, siyasiləşməyən, tamamilə bazar biznesi həyata keçiririk, aktiv şəkildə xeyriyyəçiliklə məşğul oluruq, sosial məsuliyyət, mənəvi həyat və sağlam həyat tərzini nəinki kollektiv arasında, həmçinin müştərilər arasında da aşılamağa çalışırıq. Bizim Dənizkənarı Milli parkda, əməkdaşlarımız və müştərilərimiz üçün olan Yeni İl Kross qaçışımız ənənə halı almışdır, alpinist təlim toplanışları və alpinizm üzrə bank əməkdaşlarından ibarət komandamızın zirvələrə qalxması müntəzəm hala çevrilib, yaxtaçılarımızın reqatası, futbol yarışlarında iştirak, xəstə uşaqlara, korlar cəmiyyətinə xeyriyyə ziyarətlərimiz, idmançılara, musiqiçilərə, rəssamlara, 2-ci Dünya və Qarabağ müharibəsi veteranlarına dəstək, talassemiyadan əziyyət çəkən xəstələrə qanvermə üzrə kütləvi aksiyalar... Bilirsiniz, ən önəmli, xoş olan nədir? Bu aksiyalara, zirvələrdə və futbol döyüşlərində tökülən tərlərə, xəstə uşaqlar üçün ayrılan zamana, verilən qanlara görə biz pul ödəmirik və aksiyalara əməkdaşlarımızı “çubuqla qovmuruq”. İnsanlar səmimi qəlbdən köməyimizə ehtiyacı olanlar, doğma və yaxınları, dövləti və növbəti zirvəyə qaldırdıqları bayraq qarşısında öz məsuliyyətlərini dərk edirlər. Bununla da, bizim tərəfdaşlarımızın sayı hər il artır. 31 dekabr, saat 10:00-da Dənizkənarı Milli parka - keçmiş paraşüt qülləsinə gəlin və siz mənim sözlərimə əmin olacaqsınız!

Brend üzrə isə - o, yetərincə tanınandır. O, insanların güvəndiyi brenddir. Biz indi qəti şəkildə məhkəmə vasitəsilə ayrı-ayrı şəxslər tərəfindən, öz şəxsi fikirlərinə, şayiələrə, yoxlanılmamış əsassız məlumatlara və yaxud əsassız qisas məqsədi ilə bizim Banka KİV-də qara yaxmağa çalışanlara qarşı tədbirlər görürük. Biz bu izləməni davam etdirəcəyik. Bu nə qədər sərt görünsə də, real mənbələrə əsaslanmamış, yoxlanılmamış fərziyyələrin mətbuatda yayılmasını və belə onsuzda asan olmayan zamanda gərəksiz narahatçılığın yaranmasına qarşı olacağıq. Bu gün banklar haqqında yoxlanılmamış məlumatlarla bağlı yüksək dərəcədə ehtiyatlı olmaq lazımdır. Belə ki, bu məsələlərin əsasən sosial əhəmiyyəti nəzərə alınmalıdır. Eynilə, bu şəkildə banklar da ümumi-iqtisadi vəziyyətin fəsadları və manatın devalvasiyası nəticəsində kredit ödəmələrində çətinlik çəkən müştərilərə dəstək üçün müxtəlif yollar axtarmalıdır.

- Cari il ölkə iqtisadiyyatı üçün heç də asan olmadı. Devalvasiya əhəmiyyətli dərəcədə bank sektorunu sarsıtdı. "Nikoyl Bank" bunu necə keçirdi və hadisələrin gələcəkdə inkişafı üçün Sizin hansı proqnozlarınız var? Siz bankların inkişafı üçün perspektivi nədə görürsünüz?

- Bildiyiniz kimi, bu il həqiqətən də asan il olmadı. Lakin, biz müştərilərimizin devalvasiyadan minimal əziyyət çəkməsi üçün tədbirlər həyata keçirdik. Biz, belə hesab edirəm ki, dollarla verilən kreditlərə heç bir əlavə komissiya tutmadan, kreditlərin restrukturizasiyasını uğurla həyata keçirdik. Bununla yanaşı, çalışdıq ki, müştərilərə fürsət yaradaq ki, müştərilərin aylıq ödənişinin manatla ekvivalenti dəyişməz olaraq qalsın və kreditin ödəmə müddəti artırılsın. Beləliklə də, 10 milyon manat dəyərində, 1000-dən artıq kreditlərin vaxtını uzatdıq. Tam vaxtında, banklara və eyni zamanda bizə də, belə çətin zamanda, güzəştlər və borc alınmış vəsaitlər təqdim etməklə, Mərkəzi Bank yardım etdi. Yetərincə böyük maddi yardım isə Bankın imicinin qorunub saxlanılmasının, müəyyən olunmuş çərçivədə bütün normativ göstəricilərin qorunmasının vacibliyini dəyərləndirən səhmdarlarımızdan gəldi. Ən vacibi isə mən hesab edirəm ki, o oldu ki, bu müddət ərzində, 21 və 22 fevral da daxil olmaqla, Bank bir dəfə də olsun nağdlaşma əməliyyatlarında və eyni zamanda əmanətlərin bütün və nadir hallarda vaxtından öncə çıxarılmasında müştərilərinə imtina etmədi.

Ümumi problemləri nəzərə almasaq, bu il biz 10 ay ərzində təxminən 6 milyon manat gəlir əldə etmişik, bu da, əvvəlki ilə nisbətən ikiqat çoxdur. Müştərilərin maliyyə vəziyyətinin pisləşməsinə və kreditləşmədə məhdudiyyətlərə baxmayaraq, filiallarımız keçən illərlə müqayisədə gözəçarpan dərəcədə effektiv fəaliyyət göstəriblər. Proqnozlara görə, filialların 90%-dən çoxu gəlir üzrə illik tapşırıqlarını artıqlaması ilə icra ediblər.

Bu il 8 saylı “ipoteka” filialımız yeni, daha müasir məkana köçdü. 3 saylı filialı da bu ay ərzində yeni daha geniş məkana köçürülməsi gözlənilir. Növbəti ildə Bakıda minimum bir yeni filial açılmasını və 10 saylı filialımızın əməkdaşlarının əmək qabiliyyətinin yaxşılaşdırılması üçün, onu daha rahat ofisə köçürməyi planlaşdırırıq.

İlin nailiyyətlərindən: biz onlayn ödənişlərin həyata keçirilməsini imkan verən yeni veb saytımızı istifadəyə verdik; çox yaxşı nəticələr göstərən, müştəri sayının aylıq artımını təşkil edən və onların hesabdakı qalıqlarını göstərən yeni NIKOYL|Forex xidmətini müştərilər üçün tətbiq etdik.

"Nikoyl Bank" Azərbaycan İpoteka Fondunun xətti (AİF) ilə ipoteka kreditləri verilməsini uğurla davam etdirir. Bu gün, dövlət xətti ilə verilən ipoteka kredit portfeli 40 milyon manatdan yuxarı təşkil edir. 2015-ci il üçün "Nikoyl Bank" AİF tərəfindən 6,5 milyon manat məbləğində kredit limiti ayrılıb. Bundan əlavə, bankımızda olan ipoteka kreditləşməsini yüksək keyfiyyətini nəzərə alaraq, İpoteka Fondu bu il, 7,2 milyon manat dəyərində ipoteka kreditini "Bank Technique"dən və 5,6 milyon manat dəyərində "Bank of Azerbaijan"dan xidmət üçün bizə ötürüb. Mindən çox müştəri yeni mənzil əldə etdiklərinə görə, "Nikoyl Bank"a minnətdardırlar.

Sahibkarlığa Kömək Milli Fondu bu il bankımıza əlavə olaraq 5 milyon manat vəsait ayırıb. Biz bu məbləği yüksək keyfiyyətlə 15 000 manatadək məbləğdə, kredit risklərinin yüksək diversifikasiyasına nail olaraq, kiçik kənd istehsalçıları arasında yerləşdirdik. Belə borcalanların sayı artıq 700-ü keçib.

Növbəti ildə biz, bu sahədə dünyada tanınmış şirkətlərdən biri ilə Bankın 3 illik strateji inkişaf planını hazırlanmasını planlaşdırırıq. Bu gün öz inkişaf istiqamətini görmək və onu izləmək olduqca önəmlidir.

Biz hesab edirik ki, hazırkı gündə əsas inkişaf istiqaməti innovasiya, texnologiya və xidmətin keyfiyyətidir. Bank məhsulları üzrə komissiyalar və faiz dərəcələri üzrə rəqabət aparmaq dövrü artıq keçmişdə qaldı. Hal-hazırda, bu gün banklarda aşağı-yuxarı bənzər məhsul çeşidi, oxşar müddət və faiz dərəcələridir. Artıq müştərilər bank seçimi zamanı onun reputasiyası və rahatlığını, əməliyyatların texnoloji əsasını və müştəriyönümlülüyünü rəhbər tuturlar. Hamı evdən çıxmadan bir çox əməliyyat aparmaq, iş saatlarında Bankın filiallarında növbə gözləməmək, eyni zamanda öz smartfonlarından istifadə etmək istəyir. Biz bu istiqamətdə çox işləyirik. Bizdə istənilən müasir smartfona yüklənə bilən və dünyanın istənilən nöqtəsində istifadəsi mümkün olan plastik kartlar üçün "Mobil Bank" fəaliyyət göstərir. Bu gün, bizim müştərilərimiz təkcə onlayn rejimdə və ya ödəmə terminalları vasitəsilə təkcə kredit ödəmələrini deyil, eyni zamanda, hesablaşma hesabını, plastik kartını, FOREX - hesabını bizim bankda oxşar yollarla artıra bilərlər. Bu il biz müştərilərimizə hüquqi şəxslər üçün çox-funksiyalı İnternet-Bank xidmətini təqdim etdik. Bununla edilən bütün əməliyyatlar Dövlət sistemi olan “Asan İmza” elektron imzası vasitəsilə tamamilə təhlükəsizdir. Biz müştərilərin rahatlığı üçün ”təmassız” adlanan kartlar dövriyyəyə buraxdıq. Bankdaxili proseslərin avtomatlaşdırılması üçün çox işlər görülür ki, bunlar da öz növbəsində müştərilərə xidməti sürətləndirir. Hazırda bizim üçün əsas prioritet – ölkə əhalisi üçün ən yaxşı İnternet və Mobil Bank sistemini həyata keçirməkdir. Cari ildə onun həyata keçirilməsi mümkün olacaq. Biz bütün gücümüzü bu tapşırığın həllinə sərf edirik, çünki bankçılığın gələcəyi texnologiyalar əsasında qurulur, belə ki, insana “divanda uzanaraq” bütün bank hesablarını, kreditlərini, kartlarını və əmanətlərini smartfondan idarə etməyə imkan verir. Və bu asan və cəlbedicidir.

- Hazırda əhali getdikcə daha çox banklarda əmanətlərini saxlamağa şübhə ilə yanaşırlar. Buna devalvasiya kimi, bankların bazarda olan sarsılmış vəziyyəti də səbəb oldu. Bu gün, "Nikoyl Bank"a və ümumilikdə banklara güvənmək olarmı?

- Bilirsinizmi, özünü tərifləmək və sinəsinə döyərək bizim bankın nə dərəcədə güvənli və etibarlı olmasını kiməsə göstərmək, mənim tərəfimdən bir az gülməli olardı. Buna görə də, mən çalışacağam ki, güclü arqumentlər verim. Özümüzü, komandamızı tərifləməyi düzgün hesab etmirəm.

Komandaya yox, bankın səhmdarlarına baxmaq lazımdır. Nə dərəcədə onlar imkanlı, siyasi və iqtisadi dayanıqlıdırlarsa, o qədər də bankın gələcəyi dayanıqlıdır. Bizim bankın əsas səhmdarı, Lukoyl şirkətinin Prezidenti Vahid Yusif oğlunu Ələkbərovu oxuculara təqdim etməyə ehtiyac yoxdur. Bu insan dünya səviyyəsində tanınan və sayılan iş adamlarındandır. Öz şirkətini o sıfırdan yaratdı və neftin əldə olunması və emalı üzrə dünya liderləri sırasına gətirdi. Sualın bu hissəsində rəylərə ehtiyac yoxdur. Səhmdarlar texnologiyalarla, məsləhətlərlə və resurslarla kömək etməklə, bizim müraciət və xahişlərimizə diqqətlə yanaşırlar.

Biz, 2-4 ildən sonra effektiv işləməyə başlayan gələcəyin texnologiyasına investisiya yatırırıq. Biz buna inanırıq və təyin olunmuş plana əsasən addımlayırıq. Bütün bazardakı dəyişkənliyə və dünyada müşahidə olunan qeyri-sabitliyə baxmayaraq, biz texnologiya və yeniliklərə üstünlük verərək, bankın inkişaf strategiyası istiqamətində çalışırıq. Biz yeni satış məntəqələri açırıq və hazırda fəaliyyət göstərənləri təkmilləşdiririk.

Mərkəzi Bank sərt şəkildə normativləri izləyərək və banklara dəstək göstərərək Bank sektorunu ciddi nəzarətdə saxlayır. Dediyim kimi, dövlət fondları AİF və SKMF, bizim kreditləri 11,5 milyon manat dəyərində maliyyələşdirdi və daha 12,5 milyon manat təqib üçün bizə ötürmüşdür. Bu, sizcə nədən bəhs edir? Və nəhayət ki, bizim bütün İdarə heyətinin üzvləri kimi mən də öz pullarımı bizim bankda saxlayıram. Biz ona güvənirik.

Əmanətlərin artımı bu il üçün 19 milyon manata yaxın təşkil edir, bu da ümumi müddətli əmanət üzrə 200 milyon manata yaxınlaşır.

Bu gün, güvən faktoru çox şey ifadə edir. Əmanətçilər arasında panika yaratmaqla İstənilən bankı, onun nə dərəcə dayanıqlı olmasından asılı olmayaraq, zəiflətmək mümkündür. İSTƏNİLƏN, çünki borcalanlar üçün müddətli əsasla yerləşən bütün pullar əmanətçilər və səhmdarlar üçün işləyir. Onları eyni vaxtda geri qaytarmaq mümkün deyil, çünki konkret geri qaytarma vaxtı ilə fəaliyyət göstərən kredit müqavilələri mövcuddur. Bəli, sabitlikdə marağı olan səhmdarlar, Əmanətlərin Müdafiə Fondu, Mərkəzi Bank mövcuddur. Lakin, daha çoxu sizinlə birlikdə bizdən, bizim qarşılıqlı anlayışımızdan və məsuliyyətimizdən - əməkdaşlardan, əmanətçilərdən və sadəcə bankın müştərilərindən asılıdır.

Biz öz müştərimizə inanırıq, çətin suallardan yan keçmirik, heç bir sualı və müraciəti cavabsız qoymuruq. Bizim kabinetlərimizin qapıları sualları və şübhəsi olan hər kəs üçün açıqdır.

Yeri gəlmişkən, uzun illər ardıcıl olduğu kimi, 5 dekabrda, biz VİP müştərilərimiz üçün əvvəlki illərdə olduğu kimi, caz stilində ənənəvi VİP gecəsi keçiririk. Bu dəfə bizim qonaqlarımız maestro Vaqif Gərayzadənin rəhbərliyi altında valehedici kollektiv və mənim dostum Emil Afrasiyab olacaq...

Mən Azərbaycanda keçən 10 il üçün taleyimə minnətdaram. Burada mənim uşaqlarım doğulub, burada mənim yeni dostlarım yaşayır. Və bizim hamımız bu ölkə ilə, qürurlu adı Azərbaycanla fəxr edirik!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR