Aİ Gürcüstana 30 mln. avroluq yardım ayıracaq

Aİ Gürcüstana 30 mln. avroluq yardım ayıracaq
# 08 may 2024 16:53 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Gürcüstana 30 milyon avro dəyərində yardımın ayırılmasına qərar verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın İctimai telekanalı “Azadlıq radisou” nun jurnalistinə istinadən yayıb. Bildirilib ki, mayın 7-də Brüsseldə Gürcüstandakı vəziyyətlə bağlı debat təşkil olunub. Debatda Aİ-nin 26 ölkəsindən olan səfirlər məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər, lakin Macarıstan münasibət bildirməyib.

Qeyd olunub ki, Aİ tezliklə Gürcüstandakı “xarici təsir” qanunu ilə bağlı bəyanat verə, həmçinin Avropa Komissiyası tərəfindən qanununun Aİ-yə üzvlük meyarlarına uyğunluğuna dair yeniləmə ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR