AŞPA prezidenti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib - FOTO

AŞPA prezidenti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib - <span style="color: red;">FOTO
# 24 sentyabr 2014 16:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör deyib.

A. Brassör səfəri çərçivəsində həbsdə olan İlqar Məmmədov və Tofiq Yaqublu ilə də görüşüb.

Onun sözlərinə görə, səfəri zamanı prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib: “Parlamentdə keçirdiyim görüşlərdə əsasən Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr apardıq. Ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz, bu prinsipə bütün Avropa Şurasına üzv ölkələrdə hörmət göstərilməlidir. Bu münaqişənin həlli üçün Minsk Qrupu yaradılıb. AŞPA-da da Ermənistan və Azərbaycan nümayəndə heyətləri fəaliyyət göstərirlər. AŞPA -da müzakirələr və dialoq yolu ilə bu münaqişənin nizamlanmasına öz töhfəsini verə bilər”.

Xanım Brassör deyib ki, onun görüşlərində müzakirə etdiyi digər məsələ Avropa standartlarına, Avropa Şurası qarşısındakı öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olub: “Avropa Şurasının əsas üç prinsipi var: demokratiya, qanun aliliyi və insan hüquqları. Bununla bağlı üzv olan 47 dövlətin hamısında nöqsanlar mövcuddur. Azərbaycanda da hələ də bir sıra nöqsanlar var. Ona görə də Avropa Şurası tənqid edirsə, bu ölkədəki problemlərin həlli üçün həm də bir yardımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR