Bakı Təşəbbüs Qrupu: Yeni Kaledoniyada ədalətli müstəqillik mübarizəsinin şahidiyik

Bakı Təşəbbüs Qrupu: Yeni Kaledoniyada ədalətli müstəqillik mübarizəsinin şahidiyik
# 02 may 2024 16:37 (UTC +04:00)

Azərbaycan son 4 ildə Qoşulmama Hərəkatına sədrlik edib və burada sədrliyimiz hərəkatın ana prinsipinə əsaslanıb.

APA xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov mətbuat üçün brifinqi zamanı deyib.

“Ölkəmiz sədrlik dövründə bu prinsiplərə əməl edib”, - o əlavə edib.

Abbas Abbasov bildirib ki, Azərbaycan Fransanın son müstəmləkələrinin ədalətli mübarizəsini dəstəkləyir: “Mətbuatda da son dövrlərdə geniş vüsət alıb ki, bizim bayrağımız Yeni Kaledoniyadakı mitinqlərdə dalğalanır. Bu da onların bizim liderimizə olan rəğbətini və sevgisini göstərir”.

Yeni Kaledoniyada ədalətli müstəqillik mübarizəsinin şahidiyik. Onlar ədalətli şəkildə özlərinin haqlarını tələb edirlər. Cənab Prezidentin və Bakı Təşəbbüs Qrupunun bu istiqamətdə dəstəyi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR