Milli Məclisin sədri Oqtay Əsədov Brüsseldə Avropa Birliyinin komissarı Ştefan Füle ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov Brüsseldə Avropa Birliyinin komissarı Ştefan Füle ilə görüşüb
# 06 iyun 2013 11:59 (UTC +04:00)

APA-nın AB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər AB-Azərbaycan münasibətləri, Azərbaycanda insan hüquq və azadlıqlarının, demokratiyanın vəziyyəti, enerji siyasəti, “Şərq Tərəfdaşlığı” çərçivəsində təşəbbüslər və digər məsələləri müzakirə ediblər.

Ş. Füle internetdə böhtan və təhqirə görə cərimə və cəzalar müəyyənləşdirilməsinə dair Azərbaycan Cinayət Məcəlləsinə edilən dəyişiklikdən narahatlığını bildirib. O qeyd edib ki, internetdə söz azadlığı məhdudlaşdırıla bilməz. Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinin ölkənin demokratik inkişafı üçün önəmli test olacağını söyləyən komissarın sözlərinə görə, plüralist fikir mübadiləsi mühitinin təmin olunması vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR