“Unibank” kredit kartının sahibləri mükafatlandırılıb

“Unibank” kredit kartının sahibləri mükafatlandırılıb
# 13 iyun 2014 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Unibank” kredit kartının sahibləri müxtəlif pul uduşlu lotereyanın qalibi ola bilərlər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq ilk qazananların adları məlumdur. Bankın 183 müştərisi “Kredit kartınızla əməliyyat edin və qazanın” lotereyasının birinci tirajının qalibi olub.

Mayın 3-dən avqustun 31-dək davam edən, 54 000 manat uduş fondlu və 4 tirajlı lotereya çərçivəsində ümumilikdə bankın 732 müştərisi pul mükafatı qazanacaq. Lotereyanın şərtlərinə əsasən, bankın kredit kartı ilə Azərbaycan və xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştəriləri, lotereyanın iştirakçılarıdır. Hər tirajın nəticələrinə görə, 150 nəfər 50 manat, 30 qalib 100 manat, 3 nəfər isə 1000 manat pul mükafatı qazanacaq.

Lotereyada tirajın keçirildiyi aydan əvvəlki ayda bağlanan və bütün aktiv kredit kartları iştirak edir. Müştərinin kredit kartı ilə həyata keçirdiyi əməliyyatın hər tam 10 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Məsələn, müştəri kredit kartı ilə 127 manatlıq ya 127 USD əməliyyat edərsə, bu zaman müştəri lotereyada iştirak üçün 12 şans əldə edir. Qaliblər komissiya tərəfindən xüsusi kompüter proqramı vasitəsi ilə elektron püşkatma qaydasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR