Bakıda içkili sürücü qəza törədib - FOTO - VİDEO

Bakıda içkili sürücü qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 may 2014 01:30 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza zamanı “Mercedes” və “Saipa” markalı avtomobillər toqquşub.

Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verən qəzada “Mercedes”in sürücüsü və onun xanım sərnişini xəsarət alıblar. Hadisə yerinə yol polisinin gəldiyini görən “Mercedes”in sürücüsü qaçıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları qaçan sürücü və sərnişinin axtarışa başlayıb.

Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Prospektdə nəqliyyatın hərəkəti normala qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR