Xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək

Xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək
# 11 iyun 2014 17:04 (UTC +04:00)

Bakı – APA. İyunun 12-də saat 18.00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Ağahüseyn Cavadovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. APA-nın xəbərinə görə, teatrın foyesində keçiriləcək gecənin rejissoru və ssenari müəllifi Loğman Kərimov, aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir. Tədbirdə görkəmli aktyorun çəkildiyi “Bəxtiyar”, “Sehirli xalat”, “Bir qalanın sirri”, “Əhməd haradadır?”, “Qızmar günəş altında” filmlərindən fraqmentlər nümayiş olunacaq, aktyorlar, sənətşünaslar sənətkar haqqında fikirlərini bölüşəcəklər. Gecədə həmçinin Gülyanaq və Gülyaz Məmmədova bacılarının və Anar Şuşalının ifasında müxtəlif musiqi parçaları da səslənəcək.

Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizodik rollara çıxmış A. Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib. Aktyor 1931-ci ildə respublikanın əməkdar artisti, 1938-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ağahüseyn Cavadov 1981-ci ildə Bakıda vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR