İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunması üçün müzakirələr fevral ayında başlayacaq

İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunması üçün müzakirələr fevral ayında başlayacaq
# 13 yanvar 2014 13:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında nüvə sahəsində yekun razılaşmanın əldə olunması üçün müzakirələr fevral ayında başlayacaq.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, diplomatik mənbələr fevralda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında görüş keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, İranla “altılıq” ölkələri Cenevrə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsi barədə razılığa gəlib. Beləliklə, Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandıracaq, İran da uranın 20% zənginləşdirilməsini təxirə salacaq. Eyni zamanda İranın ölkə xaricindəki dondurulmuş mal varlığının 4,2 milyard dolları 6 ay müddətində və 8 addımda azad ediləcək. Bundan əlavə, bir il ərzində 20% zənginləşdirilmiş uran texniki səbəblərdən dolayı azaldılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR