Bu il Azərbaycanda 50 min baş mal-qara süni mayalanıb

Bu il Azərbaycanda 50 min baş mal-qara süni mayalanıb
# 25 iyul 2013 12:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 50 min baş iribuynuzlu heyvan süni mayalanıb. Bu, keçən ilin müvafiq dövründən 5 min baş çox olsa da, aşağı göstərici hesab olunur. Məsələ ilə bağlı «APA-Economics»ə danışan Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov bildirib ki, süni mayalanmaya böyük diqqət yetirmək lazımdır, əks halda heyvandarlıq sahəsində inkişaf olmayacaq.

«Hamı diqqətini süni mayalandırmaya yönəltməlidir. Bu yaxınlarda süni mayalanma mərkəzində 50 nəfər süni mayalanma texnikası hazırlayacaq. Bizim Göyçayda süni mayalanma mərkəzimiz var. Orada Avstriya, Almaniya, Fransadan gətirilən heyvanlar var ki, onlardan toxumlar alınaraq süni mayalanma törədicilərinə verilir», - deyə Ç.Fərəcov əlavə edib.

Qeyd edək ki, Azərbaycanda heyvanlar 5 ildir ki, süni mayalanma yolu ilə artırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR