Bakıda "Fövqəladə hallara çevik reaksiyavermə" üzrə məşq keçirilib

Bakıda "Fövqəladə hallara çevik reaksiyavermə" üzrə məşq keçirilib
# 13 iyul 2013 08:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində "Fövqəladə hallara çevik reaksiyavermə" üzrə məşq keçirilib.

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, məşq şəxsi heyətin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyələrinin yoxlanılması, Mərkəzin struktur bölmələrinin fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması və şəxsi heyətdə yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılanması məqsədilə reallaşdırılıb.

Şərti olaraq, Mərkəzin struktur bölmələrinin fövqəladə hadisə barədə xəbərdar edilməsi, "Həyəcan" siqnalı ilə qaldırılması, "Yüksək" hazırlıq və "Fövqəladə" rejim dərəcəsinə gətirilməsi, fövqəladə hal rayonuna yürüş və fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına hazırlıq vəziyyəti yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR