Yevlaxda sahibkarlar üçün treninq keçirilib

Yevlaxda sahibkarlar üçün treninq keçirilib
# 30 may 2013 15:02 (UTC +04:00)

Bakı – APA-Economics. Mayın 30-da Yevlax rayonunun Aşağı Qarxun kəndində İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Yevlax rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması», «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

İqtisad İnkişaf Nazirliyindən (İİN) «APA-Economics»ə veoilən məlumata görə, treninq iştirakçılarına risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, o cümlədən ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib, «Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması» və «Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları» mövzularında təqdimatlar keçirilib.

Bununla yanaşı, tədbirdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.azwww.b2b.az elektron portalları, onlardan istifadə qaydaları, bu saytların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə də məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR