“İŞİD” İraqda girov götürdüyü və aralarında Azərbaycan vətəndaşlarının da olduğu bildirilən 60 fəhlədən 48-ni azad edib

“İŞİD” İraqda girov götürdüyü və aralarında Azərbaycan vətəndaşlarının da olduğu bildirilən 60 fəhlədən 48-ni azad edib
# 20 iyun 2014 03:40 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” “Assoşieyted Press”ə istinadən məlumat yayıb.

Qeyd edək ki, “İraq-Şam İslam Dövləti” qruplaşmasının dəstələri 4 gün əvvəl Kərkük şəhəri yaxınlığında tikilməkdə olan hospitala hücum edərək obyektdə çalışan 60 əcnəbi fəhləni girov götürüblər. Bəzi məlumatlara görə, girov götürülənlər Türkiyə, Azərbaycan, Pakistan, Banqladeş, Nepal və Türkmənistan vətəndaşlarıdır.

“İŞİD silahlıları Girov götürülən şəxslər Kərkük və Tikrit şəhərlərinin arasında yerləşən nəzarət-buraxılış məntəqəsində polis əməkdaşlarına təhvil veriblər”, deyə “Assoşieyted Press” agentliyi polis generalı Torhan Əbdülrəhmana istinadən məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR