Paytaxtda "Mercedes Benz" markalı minik avtomobili yanıb - FOTOSESSİYA - VİDEO

Paytaxtda "Mercedes Benz" markalı minik avtomobili yanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 16 mart 2014 00:57 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Tbilisi prospekti ilə hərəkət edən "Mercedes Benz" markalı minik avtomobili qəfil alışaraq yanıb. APA-nın məlumatına görə, qəza səbəbindən Tbilisi prospektində uzun tıxac meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Yanğın söndürənlər qısa zamanda maşının mühərrik hissəsində başlayan yanğının yanacaq çəninə doğru keçməsini əngəlləyiblər. Beləliklə, partlayışın qarşısı alınıb.

Hadidə yerinə Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsini əməkdaşları gəliblər. Sürücünün xəsarət almadığı yanğında avtomobilə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Hissəsi yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR