Paytaxtda mənzildə köməksiz vəziyyətdə qalmış daha 2 uşaq xilas olunub

Paytaxtda mənzildə köməksiz vəziyyətdə qalmış daha 2 uşaq xilas olunub
# 15 aprel 2014 23:17 (UTC +04:00)

Bakı-APA. Bakının Yasamal rayonunda iki azyaşlı mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə iyirmi üçmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin eyvanından içəri daxil olublar. Mənzilə baxış keçirilərkən azyaşlılar yatmış vəziyyətdə aşkar edilərək, aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 22:44-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR