Cəlilabadda "VAZ-2107" markalı maşın yanıb

Cəlilabadda "VAZ-2107" markalı maşın yanıb
# 27 aprel 2024 20:23 (UTC +04:00)

Cəlilabadda nəqliyyat vasitəsi yanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Amid Həsənova məxsus "VAZ-2107" markalı minik avtomobili anidən alışıb.

Əraziyə FHN-nin Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb, ətrafa keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR