AMEA doktoranturaya qəbul planını azaltmaq niyyətindədir

AMEA doktoranturaya qəbul planını azaltmaq niyyətindədir
# 13 may 2013 12:25 (UTC +04:00)

Bunu APA-ya AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva deyib.

Onun sözlərinə görə, buna səbəb ötən il AMEA sistemi üzrə doktoranturaya 14 plan yerinin boş qalmasıdır: “Ona görə də gələn il üçün doktoranturaya qəbul planının azalmasını təklif edəcəyik. May ayının sonlarında doktoranturaya qəbul planı Rəyasət Heyətində təsdiq olunaraq Azərbaycan Nazirlər Kabinetinə göndəriləcək”.

S.Əfəndiyeva deyib ki, bu il də doktoranturaya qəbul elanı avqust ayında veriləcək. Sentyabrda sənədlərin qəbulu aparılacaq, oktyabr ayında isə doktoranturaya qəbul imtahanları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR