ABŞ-ın rok qrupu Azərbaycanda səfərdədir

ABŞ-ın rok qrupu Azərbaycanda səfərdədir
# 27 iyun 2013 16:09 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Amerika Birləşmiş Ştatlarının məşhur rok qrupu "Filligar" Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, " Filligar" 25 iyun - 7 iyul tarixlərində Azərbaycanda bir sıra konsertlər verəcək.

Qrupun konsertləri Bakı, Qəbələ, Şəki, Gəncə, Mingəçiver ve Sumqayıt şəhərlərində açıq havada konsert verəcək və bir sıra rok master klasslar keçiriləcək.

“Filligar” rok qrupunun Azərbaycana səfəri, ABŞ Dövlət Departamentinin himayədarlığı altında həyata keçirilən, mədəniyyətlərarası anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədi daşıyan "Mədəniyyət Elçiləri" proqramı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, " Filligar" Amerikanın en yaxşı qruplardan sayılır və onların sonuncu albomu " The Nerve" 2012-ci ilin Müstəqil Musiqi Mükafatlandırmalar zamanı ilin ən yaxşı albomu kimi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR