İranda bir nəfər edam edilib

İranda bir nəfər edam edilib
# 24 yanvar 2014 00:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Sistan və Bəlucistan vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. Belə ki, 40 yaşlı Çingiz Şehnəvazi ömrünün 7 ilini həbsxanada keçirib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 21-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR