Göyçayda xalq şairi Rəsul Rza haqqında çəkilmiş filmin təqdimatı olub - FOTO

Göyçayda xalq şairi Rəsul Rza haqqında çəkilmiş filmin təqdimatı olub - <span style="color: red;">FOTO
# 20 dekabr 2013 20:47 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Dekabrın 20-də Göyçay rayonunda xalq şairi Rəsul Rza haqqında çəkilmiş “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli filmin təqdimatı olub. APA-nın məlumatına görə, rayon mədəniyyət evində keçirilən mərasimdə çıxış edən filmin ssenari müəllifi və rejissoru, beynəlxalq Rəsul Rza mükafatı laureatı Əhliman Qafarov bildirib ki, “...yaşıl atlas, ömürdən səhifələr” adlı bədii-sənədli film şairin həyat və yaradıcılığına həsr olunub. Şairin xatirələri üzərində qurulan filmdə onun lirik, fəlsəfi və dünyəvi şeirləri bədii dialoq şəklində təqdim olunur.

Bir saat 20 dəqiqəlik iki hissəli bədii-sənədli filmdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, şair Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin baş müəllimi, şərqşünas Fidan Rzayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, əməkdar artistlər Azad Şükürov, Zülfiyyə Eldarqızı, Ağalar Bayramov, Gülsabah Quliyeva, Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova, Neft Daşları Mədəniyyət Sarayının bədii rəhbəri, bədii qiraətçi Ruhəngiz Mustafayeva və Günel Həsənzadə çəkilib.

Rəsul Rzanın öz səsi ilə başlayan və bitən filmdə şairin uşaqlıq və gənclik illəri, müdrik çağı, maraqlı xatirələri öz əksini tapıb. Filmin çəkilişləri Bakı, Göyçay, İsmayıllı və Yevlaxda həyata keçirilib.

Sonra filmə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR