Lənkəranda fərdi evdə yanğın olub - FOTOSESSİYA - VİDEO

Lənkəranda fərdi evdə yanğın olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 11:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda daha bir yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Kiçik Bazar ərazisində, Heydər Əliyev prospektində yerləşən Sədaqət və Üsarə Bədəlovalara məxsus fərdi yaşayış evində qeydə alınıb.

Olay yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğın qısa müddət ərzində ram edilib. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 164 kv. m olan evin 38 kv. m ərazisi, eləcə də qonşu evin 3 kv. m sahəsi içindəki məişət əşya və avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Məlumata görə, yanğın baş verən zaman evdə heç kim olmayıb. Qonşuların sözlərinə görə, evin sahibi mənzili kirayə verib. Kirayədə yaşayan şəxs isə ötən gün Türkiyəyə gedib. İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR