Qubada qəza zamanı özünü maşından atan qadın xəsarət alıb

Qubada qəza zamanı özünü maşından atan qadın xəsarət alıb
# 10 iyun 2014 07:05 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Quba rayonunun Haput kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal büronun xəbərinə görə, Quba rayonunun Haput kənd sakini Eyvaz Əzizovun idarə etdiyi “QAZ 66” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb. Qəzadan öncə nəqliyyat vasitəsində olan 44 yaşlı Quba rayonunun Haput kənd sakini Rəfiqə Əzizova özünü avtomobildən atıb.

Ağır xəsarətlər alan R. Əzizova Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR