Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 29 avqust 2013 10:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli-APA. Azərbaycanda yol qəzası baş verib. Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Goranboy rayonunda Dəli Məmmədli-Faxralı yolunda qeydə alınıb.

1986-cı il təvəllüdlü Elgün Məmmədovun idarə itdiyi “99-BU-894” dövlət nömrə nişanlı “Mercedes“ markalı avtomobil qeyd olunan yolda aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin, 1989-cu il təvəllüdlü Kamil Musayev ağır xəsarətlə Gəncə şəhər təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR