Bakı. Hafiz Heydərov – APA. Bakıda bir nəfər özünü yandırmağa cəhd edib.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğlu Suraxanı rayonundakı “İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında özünə qəsd edib.
Yaralı hadisə yerinə çağırılan təcilli tibbi yardım maşını ilə 5 saylı şəhər Klinik Xəstəxanasına gətirilib və xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
Xəstəxananın Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, xəstə bədəninin müxtəlif nahiyələrinin 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə daxil olub.
Hazırda intensiv terapiya tədbirləri davam etdirilir.