Türkiyədə ağır yol qəzası baş verib, 10 nəfər ölüb, çoxsaylı yaralı var

Türkiyədə ağır yol qəzası baş verib, 10 nəfər ölüb, çoxsaylı yaralı var
# 26 may 2024 23:06 (UTC +04:00)

Türkiyənin Mersin şəhərində Tarsus-Adana-Qaziantep avtomobil yolunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bildirilib ki, hərəkətdə olan sərnişin avtobusu qarşı zolağa keçərək 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub.

Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR