Səhiyyə naziri Qusarda vətəndaşlar üçün qəbul keçirəcək

Səhiyyə naziri Qusarda vətəndaşlar üçün qəbul keçirəcək
# 02 iyul 2013 12:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 13-də saat 11:00-da Qusar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Qubadlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR