Tunisdə müxalifətçini qətlə yetirən şəxslər həbs olunublar

Tunisdə müxalifətçini qətlə yetirən şəxslər həbs olunublar
# 26 fevral 2013 03:48 (UTC +04:00)

Bakı-APA. Tunis polisi müxalif siyasətçi Şükrü Belyidin qətlində əsas şübhəli bilinən şəxsi həbs etdiyini elan edib. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Məlumata əsasən, iş üzrə əsas şübhəli paytaxt yaxınlığında yaşayan 31 yaşlı mebel ustasıdır. O və onunla bir yerdə həbs olunmuş şəriki sələfi cərəyanına məxsusdurlar.

Belyid öz evinin qarşısında fevralın 6-da güllələnib. Bu hay-küylü qətl islamçılar və dünyəvi qüvvələr arasında ölkədə gedən mübarizəni daha da alovlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR