Sabiq nazir Vəli Ələsgərovun məhkəməsi başlayıb-YENİLƏNİB

  Sabiq nazir Vəli Ələsgərovun məhkəməsi başlayıb-YENİLƏNİB
# 08 iyun 2016 10:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə APA-ya məlumat verən vəkil Vüqar Xasayev bildirib ki, hazırlıq iclasında vəkillər cinayət işində olan bəzi sənədlərin sürətinin onlara verilməsi, hazırlıq iclasının təxirə salınması barədə vəsatətlər veriblər, Onlar bildiriblər ki, iclas təxirə salınsın və onlara hazırlaşmaq üçün vaxt verilsin. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Prosesin baxış iclası iyunun 13-nə təyin edilib.

***

10:36

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə APA-ya məlumat verən vəkil Vüqar Xasayev bildirib ki, iş üzrə hazırlıq iclası keçirilir.

Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur.

V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR