Azərbaycanın tarixi şəxsiyyətləri haqqında daha bir sənədli film çəkilir - FOTO

Azərbaycanın tarixi şəxsiyyətləri haqqında daha bir sənədli film çəkilir - <span style="color: red;">FOTO
# 06 mart 2013 12:55 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Ötən əsrin əvvəllərində Azərbaycanın gizli tarixində rol oynamış daha bir şəxsiyyət barədə sənədli filmin çəkilişlərinə başlanıb. APA-nın məlumatına görə, ekran yozumunun özəlliyi yalnız yeni faktların ortaya çıxması ilə bağlı deyil, həm də qəhrəmanı ilə bağlıdır. Bu yarı hərbi məxfi təşkilatın başında əslən Şuşadan olan, tanınmış ictimai xadim, fikir adamı Əhməd bəy Ağaoğlunun qohumu Sona xanım Səfərova durur.

Filmin əsas çəkilişləri Rusiyanın Kazan, Samara, Volqoqrad, Həştərxan şəhərlərində aparılıb. “İzmedia qroup” şirkəti tərəfindən istehsalına başlanan tarixi-sənədli filmin 28 may - Respublika Gününə kimi hazır olacağı bildirilir.

Filmin prodüseri İdris Heydərli, rejissoru Seyran Bədəlov, operatoru Əli Sultanov, ssenari müəllifləri Esmira Məmmədova və Rasim İsmayılovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR