Azərbaycan prezidenti Yunanıstanın baş nazirini təbrik edib

Azərbaycan prezidenti Yunanıstanın baş nazirini təbrik edib
# 22 sentyabr 2015 14:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Aleksis Tsiprası yenidən Yunanıstanın baş naziri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

 

“Hörmətli cənab baş nazir, ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizə ən səmimi təbriklərimi yetirirəm.

 

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR