Azərbaycan baş naziri Vyetnam prezidenti ilə görüşüb

Azərbaycan baş naziri  Vyetnam prezidenti ilə görüşüb
# 14 may 2015 17:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan baş naziri Artur Rasizadə mayın 14-də ölkəmizdə rəsmi səfərdə olan Vyetnam prezidenti Çıonq Tan Şanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, baş nazir Artur Rasizadə Azərbaycan-Vyetnam münasibətlərinin yüksək səviyyədə olduğunu və bunun dərin tarixi köklərə əsaslandığını vurğulayıb. Baş nazir qeyd edib ki, Azərbaycan regional və dünya əhəmiyyətli iri enerji layihələri həyata keçirir. Bununla bərabər, Azərbaycan qeyri-neft sektorunun inkişafına da böyük diqqət yetirir.

Görüşdə Vyetnam Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib.

Vyetnam Prezidenti Çıonq Tan Şanq Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurları yüksək qiymətləndirdiklərini söyləyib. Ali qonaq ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR