Bank Of Baku

Şamaxıda avtomobil aşıb, xəsarət alan şəxs var

Şamaxıda avtomobil aşıb, xəsarət alan şəxs var
# 26 may 2018 12:01 (UTC +04:00)

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı-İsmayıllı yolunda 10-EF-015 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildəki sərnişin, 1968-ci il təvəllüdlü Xudiyeva Almaz Firqət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı sonradan Bakıya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR