E&Y: SOCAR aktivlərini 4,4% artırıb

E&Y: SOCAR aktivlərini 4,4% artırıb
# 01 iyul 2015 09:35 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ilin yanvar ayının 1-ə məcmu aktivlərinin həcmi 24,067 mlrd. manat təşkil edir.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Ernst&Young" audit şirkəti tərəfindən aparılan SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatına deyilir.

Hesabata əsasən, SOCAR-ın aktivləri ötən 2013-cü illə müqayisədə 4,4% artıb.

Aktivlərin strukturunda əsas yeri uzunmüddətli aktivlər tutur - 16,269 mlrd. manat. Cari aktivlərin həcmi 1,492 mlrd. manat olub.

Uzunmüddətli aktivlərin strukturunda əsas vəsaitlərin payı 12,134 mlrd. manat, birgə müəssisələrə investisiyaların payı 1,127 mlrd. manat, asılı müəssisələrə investisiyaların payı 1,280 mlrd. manat, təxirə salınmış vergi aktivinin payı isə 514 mln. manatdır.

Cari aktivlərin strukturuna nəzərə salanda məlum olur ki, burada ticarət və sair debitor borclarının payı 4,739 mlrd. manat, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin payı 1,492 mlrd. manat, mal-material ehtiyatlarının payı 1,155 mlrd. manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR